Geri qaytarma siyasəti

1. Müştəri məhsulu təhvil aldığı anda qaytarmaq istəyərsə:

Əgər sifariş edilən məhsul müştərini əsaslı səbəblə qane etmirsə (sifarişə uyğun olmayan məhsul isə, məhsulun üzərində fiziki qüsur varsa) qaytarış edə bilər. Bu halda kuryer geri qaytarma aktı tərtib edir, tərəflər təsdiq etdikdən sonra məhsul kuryer tərəfindən anbara təhvil verilir.

Müştəri online ödəmə etmişsə qaytarış aktı əsasında əlaqədar banka ödəmənin geri qaytarılması üçün müraciət edilir. Bankın daxili proseduruna uyğun olaraq pul müştərinin hesabına geri ödənilir.

2. Müştəri məhsulu təhvil aldıqdan 14 gün içərisində qaytrmaq istəyrsə:

Müştəri qaytarmaq istədiyi məsulları bütün aksessuarları və kassa qəbzi ilə birlikdə orijinal qutusuna yerləşdirirək Heydar Aliyev Ave 152, Çinar plaza 10 cu mərtəbə ünvanında yerləşən Stroymat Group MMC-nin ofisinə gətirir. Məhsullar yoxlandıqdan sonra dəyərləndirilərək müştərinin istəyinə uyğun olaraq dəyişdirilə və ya qaytarıla bilər. Məhsul geri alındıqdan sonra nəğd şəkildə ödəmələrdə pul nəğd olaraq kassadan müştəriyə geri ödənilir. Digər hallarda əlaqədar banka ödəmənin geri qaytarılması üçün müraciət edilir. Bankın daxili proseduruna uyğun olaraq pul müştərinin hesabına geri ödənilir.

Ödənişin müştəriyə geri qaytarılması yalnız saat 9:00-dan 17.00-dək (bank kartı ilə ödənişlə qaytarılan məhsullar I-V günlər) arası həyata keçirilir.

Önəmli məlumatlar:

·       Elektrikli məhsullarda qaytarış və ya dəyişmə üçün səlahiyyətli servis tərəfindən    raport olmalıdır.

·       Kəsilərək və xüsusi sifariş əsasında satılmış məhsullar geri qaytarılmır.

·       Montaj edilmiş və ya servis tərəfindən qurulmuş məhsullar geri qaytarılmır.

·       Korporativ satışların qaytarılmasında şirkətimizə faktura tərtib edilməlidir.