Haqqımızda

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük mərkəzlərdən biri olan “STROYMAT GROUP” MMC 2022-ci ildən fəaliyyətə başlamışdır. 

Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.

Geniş məhsul çeşidinə sahib STROYMAT mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. 

Həmçinin, portalımız ölkəmizdə tikinti materiallarının onlayn kataloqu rolunu oynayır və müştərilərin maksimum rahatlığını nəzərə alaraq tərtib edilmişdir. Belə ki, saytımız müştəriyə ona ən yaxın satıcını və ən ucuz qiymət təklifini tapmağa imkan verir. Bununla belə, portalımız müştəriyə ən ucuzundan tutmuş ən baha məhsula qədər qiymət aralığını seçmək şansı da yaradır.

Şirkətimiz müştəri məmnuniyyətinə böyük önəm verir. Mağazalarımızda rahat seçim və vaxta qənaət üçün hər cür şərait düşünülüb. Satış mərkəzlərimizdə divar kağızları, santexnika, elektrik, boya, xırdavat, bağ-baxça və məişət mallarından ibarət bölmələr qurulub. Alıcılara düzgün məhsul seçimində kömək məqsədilə hər bir bölmə üzrə peşəkar satış mütəxəssisləri təyin edilib.

Portalımız tikinti sahəsində məhsulların satışı ilə bağlı xidmətləri tam onlayn formaya keçirməkdə maraqlıdır. Tikinti məhsullarının satışını və ödəmə prosesini onlayn platforma vasitəsilə həyata keçirərək bu xidmət sahəsi üzrə yeniliklərə imza atacağıq. Saytımızın günü-gündən müştərilər üçün münasib seçim imkanı yaradan əvəzolunmaz bir vasitəyə çevriləcəyinə ümid edirik.